PSV-nin baş məşqçisi Peter Bos UEFA Çempionlar Liqasının 1/8 finalının “Arsenal”la cavab oyununu (2:2) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz yarışdan kənarlaşdırıldıq, bu, məyus edir, amma bizim, bir neçə unudulmaz oyunumuzun olması, məsələn, Donetsk “Şaxtyor”u üzərində 3:2 hesablı qələbə, ələmə mərhələsində “Yuventus” kimi böyük klubu keçməyimiz müsbət hallardır.
Mən öz çıxışımızdan çox məmnunam. Qarşılığımız yaxşı idi, biz yaxşı oynayırdıq. Biz öz oyunumuzu oynamaqdan və topa nəzarət etməkdən qorxmurduq.
Əgər siz ingilis komandasına qarşı oynayırsınızsa, onla fiziki cəhətdən sizi üstələyəcəklər. Bizim keyfiyyətimiz ondadır ki, biz topa fantastik surətdə nəzarət edirik, futbol oynamaqdan qorxmayan texnikalı oyunçularımız var. Biz bunu bir həftə əvvəl etməmişdik, güman ki, bu, nəticədən başqa mənim ən böyük məyusluğum idi. Bu gün oyunun lap əvvəlindən mən, futbol oynamaqdan qorxmayan komanda gördüm. Hamı oyunda idi – hətta qapıçımız belə, – biz yaxşı oynayırdıq”, deyə Peter Bos vurğulayıb.
Evdəki ilk oyunda 1:7 hesabı ilə məğlub olmuş PSV ümumi hesabın nəticəsinə (3:9) görə Çempionlar Liqasının cari mövsümündəki çıxışına xitam verib. Yarışın 1/4 finalına vəsiqə qazanmış “Arsenal” isə bu mərhələdə İspaniya nəhəngi “Real”la qarşılaşacaq.