AZ

“Liverpul” Liqa Kubokunun final oyununa itki ilə çıxacaq

Bakı, 13 mart, AZƏRTAC

“Liverpul” İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”a qarşı oyuna ciddi itki ilə çıxacaq.

AZƏRTAC xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Trent Aleksandr-Arnold sıradan zədələnib. 26 yaşlı müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyunu zamanı topuq nahiyəsindən xəsarət alıb.

Xatırladaq ki, “Liverpul” və “Nyukasl” komandaları arasında final oyunu martın 16-da keçiriləcək.

Seçilən
11
1
azertag.az

2Mənbələr