Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2025-2026-cı tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Proqram çərçivəsində tələbələrə Rumıniyanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil imkanı yaradılır.
Qeyd edək ki, təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.
Təqaüd proqramına müraciət üçün son tarix 06 aprel 2025-ci ildir. Təqaüd proqramı barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.