Son zamanlar ailəsi ilə yaşadığı mübahisələrə görə gündəmdən düşməyən müğənni Özcan Deniz bu dəfə də qardaşına görə bəladadır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə Xəzinə və Maliyyə Nazirliyi ifaçı barədə araşdırmalara başlayıb.
Buna səbəb müğənninin qardaşı Ercan Denizin onun gəlirini ifşa etməsi olub.
Ercan, Özcanın hər serialdan 2 milyon 250 min lirə qazandığını o cümlədən aylıq xərclərinin belə məbləğini açıqlayıb.
Bütün bunlardan sonra Xəzinə və Maliyyə Nazirliyinin Vergi Təftiş Şurası aktyor barədə araşdırmalara başlayıb.