AZ

"Ailə nikah müqaviləsinə əsaslanmalıdır" — Sosioloq

Azərbaycanda uşaqların 15%-nin nikahdan kənar doğulduğu açıqlanıb. Bu yetərincə böyük faizdir. 

Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu rəqəm  aşağı düşüb, əvvəllər daha çox idi:

“Çünki bölgələrdə, regionlarda, kəndlərdə insanlar rəsmi nikaha girmədən belə ailə qururlar. Bir-birini tanıdıqlarına, bildiklərinə, yaxın olduqlarına görə nikah müqaviləsi bağlanmadan da ailə qururlar. Doğulan uşaqlar da şübhbəsiz ki, nikahdan kənar olur. Nikah müqaviləsi ilə bağlı məsələlər sonradan sənədləşdirilir. Çünki artıq uşaq məktəbə gedərkən və digər məsələlər ortaya çıxarırkən nikah müqaviləsinə ehtiyac yaranır. Yəni, bu heç də ailədən kənar doğum anlamına gəlmir”.

Sosioloq diqqətə çatdırıb ki, hələ də regionlarda, bölgələrdə nikah müqaviləsindən kənar ailə qururlar:

“Yəni, bu, insanlar bir-birini tanıdıqlarına görə, qohum olduqlarına görə belədir. Məqsədə uyğundur ki, bunlar arasında nikah müqaviləsi bağlansın. Çünki nikah müqaviləsi bağlanmadıqda ailə boşanarkən xeyli mübahisəli məsələlər ortaya çıxır. Birinci uşağın kimliyi, kimdən olduğu, eyni zamanda mülkiyyət məsələləri mübahisələndirilir. Ailə nikah müqaviləsinə əsaslanmalıdır. Həm də  burada nikah müqaviləsinə bağlanarkən, qarşılıqlı öhtəliklər, məsuliyyət başa düşülməlidir”. 

Leyla Turan
Demokrat.az
Seçilən
17
demokrat.az

1Mənbələr