AZ

Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa Milli Assambleyası (parlamentin Aşağı Palatası) Ukraynaya yardım haqqında qətnamə qəbul edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, sənəddə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi və Kiyevin dəstəklənməsi üçün istifadə olunması tələb edilir.
Qətnamə simvolik xarakter daşıyır. Sənədin lehinə 288 deputat səs verib, əleyhinə isə 54 parlament üzvü olub.
Sənədi prezidentin Renessans Partiyasının deputatları, sosialistlər, ekoloqlar, sağçı Respublikaçılar Partiyası və 2017-20-ci illərdə baş nazir vəzifəsini tutan Eduard Filippin Üfüqlər Partiyasının parlament üzvləri dəstəkləyiblər. Solçu Tabe Olmayan Fransa və Fransa Kommunist Partiyaları sənədin əleyhinə səs veriblər. Marin Le Penin rəhbərlik etdiyi sağçı "Milli Birlik" fraksiyasının deputatları bitərəf qalıblar.
Qətnamə, Ukraynaya yardımla yanaşı, həmçinin Avropa İttifaqını müstəqil Avropa müdafiəsinin qurulmasına çağırır.
Bildirilir ki, simvolik xarakterinə baxmayaraq, deputatlar bu qətnamə ilə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə qəti şəkildə qarşı çıxan hökumətə təzyiq göstərməyə çalışırlar. Müxtəlif qurumların nümayəndələri son günlərdə dəfələrlə Rusiya aktivlərinin müsadirəsinin yolverilməz olduğunu bildiriblər və qeyd ediblər ki, bu, beynəlxalq hüququn ciddi şəkildə pozulması olar.
Seçilən
8
oxu.az

1Mənbələr