AZ

Məşhur komediya klubuna botokslu tamaşaçılar buraxılmır

İngiltərənin məşhur komediya klublarından biri addımı ilə müzakirələrə səbəb olub. 

Far.Az xəbər verir ki, "Top Secret Comedy Club" botokslu tamaşaçıların zala girişinə qadağa qoyub. 

Bu barədə "The Independent" məlumat yayıb. 

Cek Vaytholl, Emi Şumer, Deyv Çappel kimi məşhur komediyaçıların burada "Stand up" şouları olar. 

Botoks əzələlərin hərəkətini aktivliyinin qarşısını alan və qırışları azaldan maddədir.

Statistikaya, görə hər il Londonda bir milyon insan botoks etdirir. 

Klub bu addımı məşhur komediyaçılara görə atıb. Belə ki, onlar reaksiyasız və gülməyən tamaşaçı qarşısında çıxışdan imtina ediblər. 

Seçilən
4
far.az

1Mənbələr