AZ

"Ağdaş Quşçuluq" və digər səhmdar cəmiyyətləri özəlləşdirilir

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 8-də hərrac keçiriləcək. Hərraca 4 səhmdar cəmiyyətinin səhm paketi, 111 nəqliyyat vasitəsi, texnika və avadanlıqlar çıxarılıb.  

Hərracda iştirak edəcək şəxslər qida sənayesi üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ağdaş Quşçuluq”, “Cəlilabad Şərab”, “Salyan broyler” və “Zaqatala Fındıq” səhmdar cəmiyyətləridir. 

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 368.620 manatla 1.120.118 manat arasında dəyişir.  

Hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1987-2015-ci illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.  
 

 

Zemfira Ms
Finss.az

Seçilən
3
fins.az

1Mənbələr