"Fənərbağça"nın gənc futbolçusu Yusuf Akçiçek karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, "Mançester Yunayted" onunla yaxından maraqlanır. "Qırmızı şeytanlar"ın skautları bu gün keçiriləcək "Reyncers" - "Fənərbağça" oyununda 19 yaşlı müdafiəçini stadiondan izləyəcək.

Y. Akçiçek son oyunlarda "sarı-lacıvərdlilər"in əsas üzvlərindən birinə çevrilib. Onun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, "Reyncers" - "Fənərbağça" matçı Bakı vaxtıyla bu gecə saat 00:00-da start götürəcək. İlk qarşılaşma Şotlandiya klubunun 3:1 hesablı qələbəsiylə başa çatıb.