AZ

"Siyasəti sevmirəm, bunun çirkin bir iş olduğunu düşünürəm..."- İsrail liderinin oğlu

İsrail Baş naziri Benyamin Netanyahunun Mayamidə yaşayan oğlu Yair Netanyahu yerli podkasta müsahibə verərək atası, baş nazir Benyamin Netanyahu və onunla münasibətləri haqqında fikirlərini bölüşüb. O, öz sözləri ilə niyə özünü daim qalmaqalların mərkəzində tapdığını da açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu haqda "Mignews" məlumat yayıb.
 
Y.Netanyahu sosial şəbəkədəki fəaliyyəti ilə bağlı bunları qeyd edib:
 
"Siyasəti sevmirəm, bunun çirkin bir iş olduğunu düşünürəm, amma haqsızlığa da dözə bilmirəm. Xüsusilə də haqsazılıq atama, anama, ölkəmə qarşı yönələndə - mən susub qala bilmirəm. Ona görə də xoşagəlməzliklərlə qarşılaşıram.
 
Mənim mübarizə yolum sosial mediadır, indi bu,  əsas platformadır. Mən orada faktları ortaya çıxarmağa çalışıram, amma bu, çətindir, çünki yalanlar həqiqətdən daha güclüdür, xüsusən də yalan danışanlar medianı idarə edəndə, gündəmi, narrativi müəyyən edəndə və çoxlu pula malik olanda. Bununla belə, əlimdən gələni etməyə çalışıram”.
 
S.Laçın
Seçilən
4
moderator.az

1Mənbələr