AZ

Taksilərdə ödənişə dair tələblər sərtləşdirilib

Ukraynada müvəqqəti atəşkəslə bağlı Rusiya Federasiyasının rəsmi mövqeyini Putin özü formalaşdıracaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, 30 günlük atəşkəs təklifi Rusiyaya heç nə vermir, bu, Ukraynanın öz qüvvələrini yenidən toplaması üçün bir fürsətdir.

Uşakov qeyd edib ki, ABŞ və Ukrayna nümayəndələrinin görüşündə razılaşdırılmış 30 günlük atəşkəs təklifi Rusiyanın maraqları nəzərə alınmaqla yekunlaşdırılmalıdır.

Kreml rəsmisi Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiyaya təkcə Ukrayna məsələsini deyil, həm də Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə etmək üçün gəldiyini vurğulayıb.

Seçilən
3
azpolitika.info

1Mənbələr