AZ

Forumda əldə olunan razılaşmaları iştirakçılar öz ölkələrinin siyasətində tətbiq edə bilərlər

Bakı, 13 mart, AZƏRTAC

Bu forum dünya liderlərini, alimləri, tədqiqatçıları bir araya gətirir. Ona görə də Qlobal Bakı Forumu mühüm bir platforma hesab edilir. Builki forumun mövzusu isə əvvəlki forumların mövzusundan daha da vacibdir. Çünki hazırda dünyada mühüm geosiyasi proseslər baş verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində sabiq səfir, İrlandiyanın Geneologiya Cəmiyyətinin Prezidenti Frensis Martin O’Donnell deyib.

Sabiq səfir hazırda dünyada baş verən mühüm proseslərdən birinin Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə bağlı olduğunu deyib. Bildirib ki, ABŞ Prezidentinin imzaladığı fərmanlar nəinki öz ölkəsində, hətta dünyada ciddi dəyişikliklərə gətirib çıxara bilər.

“Bu forumda əldə olunan razılaşmaları iştirakçılar öz ölkələrinin siyasətində tətbiq edə bilərlər. Buna görə də Qlobal Bakı Forumunu siyasi liderlər üçün mühüm fürsət kimi dəyərləndirirəm”, - deyə Frensis Martin O’Donnell bildirib.

 

Seçilən
6
azertag.az

1Mənbələr