AZ

Sülh sazişi razılaşdırdı: Aİ müşahidəçiləri sərhəddən çıxarılacaq?

Xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını, Ermənistanın açıq qalan iki maddə üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini bildirib.

17 maddədən ibarət olan sülh sazişinin mətnində razılaşdırılmayan iki maddə vardı:

- Beynəlxlq iddialardan qarşılıqlı şəkildə imtina etmək (bu məsələdə tərəflər ortaq mövqeyə yaxındır);
- Üçüncü ölkərə məxsus qüvvələrin sərhəddən çıxarılması (Avropa İttifaqının müşahidə missiyası);

Bu iki maddə üzrə razılıq əldə olunubsa, Ermənistan Aİ müşahidəçilərini sərhəddən çıxarmalıdır. Hərçənd, İrəvan Aİ müşahidəçilərinin Ermənistandakı fəaliyyətinin daha iki il uzadılmasına razılaşıb. Bununla yanaşı, dünən Bakının sülh sazişinin mətni ilə bağlı 12-ci təklifinə cavab verdiklərini deyən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan razılaşdırılmayan iki maddə ilə bağlı əvvəlki mövqeni təkrarlayıb: iddialardan imtina edilir, lakin “müşahidəçilər sərhədin delimitasiya edilmiş hissələrindən çıxarılır”. Bu yanaşma həm də Ermənistanın sərhədin delimitasiyasını öz maraqlarına uyğun aparılması planının tərkib hissəsidir.

Bakı və İrəvanın açıqlamalarında suallar yaradan məqamlar var: üçüncü qüvvələrin sərhəddən çıxarılması maddəsində hansı tərəf geri addım atıb?

Azərbaycanın bu məsələyə sərt yanaşması bəllidir. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bunu bir daha təkrarladı. Ermənistanın geri çəkildiyinə dair siqnallar da yoxdur, Mirzoyanın dünənki açıqlaması da bunu təsdiq edir. Bu halda açıq mənbələrdəki məlumatlara əsaslanaraq, iki mümkün ehtimalı irəli sürmək olar.

- ya bu maddə sülh sazişi mətnində Bakının başqa bir tələbi ilə əvəz olunub: İrəvan tərəfi əvvəldən tələbələrin dəyişdirilməsi (Minsk qrupunun buraxılmasına razılaşır) istəyirdi;
- ya da Aİ müşahidəçilərinin Ermənistanda fəaliyyəti davam etsə də, sərhəddə patrul xidməti dayandırılır, kənardan ofis şəraitində işləyirlər;

Bunlar ehtimal olaraq qalır, lakin danışıqlar prosesində ictimaiyyətə bəlli olnmayan məqamların olduğu da nəzərə alınmalıdır.

Asif Nərimanlı

Seçilən
7
18
publika.az

10Mənbələr