Bakı, 13 mart, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Ağdaşda martın 14-də nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbulun keçiriləcəyi tarix barədə vətəndaşlara əlavə məlumat veriləcək.