AZ

Professor: "Qeyri-neft və qaz sektoru iqtisadiyyatın lokomotivi olmalıdır"

QHT.az xəbər verir ki, hesabat dövründə ölkə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər 2,7% azalarkən, qeyri-neft-qaz sektorunda 1,7% artım qeydə alınıb. Bu tendensiya iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlılığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, iqtisadiyyatın diversifikasiyası hökumət qarşısında duran əsas hədəflərdən biridir:

"Son illər ərzində iqtisadi artım əsasən qeyri-neft və qaz sektoru hesabına baş verir. Bu da şaxələndirməyə işarə edir. Eyni zamanda, daha böyük artım dinamikasına nail olmaq üçün potensial imkanlar mövcuddur. Ölkə iqtisadiyyatında pul kütləsinin artımı və investisiyaların artırılması sayəsində qabaqlayıcı iqtisadi artıma nail ola bilərik. Burada qeyri-neft və qaz sektoru lokomotiv rolunu oynamalıdır. Dayanıqlı iqtisadi artıma nail olmağın əsas açarı məhz investisiyaların artımından və onların effektivliyindən birbaşa asılıdır."

Professorun sözlərinə görə, qeyri-neft sektorunda müşahidə edilən artım iqtisadiyyatın daha balanslı inkişafına töhfə verə bilər. Bunun üçün investisiyaların həcminin artırılması və resurslardan daha səmərəli istifadə edilməsi mühüm rol oynayır.

 

Pərvanə Fərhadqızı

Seçilən
16
qht.az

1Mənbələr