AZ

İsrail Dəməşqi yenə vurdu

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə Fələstinin İslami Cihad təşkilatının qərargahına hücum edib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə İslami Cihad təşkilatına məxsus komanda mərkəzinə kəşfiyyat zərbəsi endirib", - deyə məlumatda bildirilir.

Rəsmi açıqlamalara görə, qərargahdan İsrailə qarşı hücumları koordinasiya etmək üçün istifadə edilib. Nazirlik vurğulayıb ki, onlar təşkilatın Suriya ərazisində mövqe tutmasına imkan verməyəcəklər.

Seçilən
5
publika.az

1Mənbələr