AZ

Gədəbəydə ölülər üçün tonqal qaladılar- Qəbirstanlıq yandırıldı - VİDEO

Gədəbəy rayonunda qəbiristanlıqda yandırılan tonqallar diqqət çəkib.

Beləki sosial media istifadəçisi, Gədəbəydəki qəbiristanlıqda yandırılan tonqalları çəkərək, "Bura Hindistan deyil, Gədəbəydir" – deyə sərt etirazını bildirib.

Ajans.az həmin sakinlə əlaqə saxlayıb. O, bildirib ki, hər il üçüncü çərşənbə, Yel çərşənbəsi günü, "Qara Bayram" və ya "Ölü Çərşənbəsi" qeyd olunur. Bu günlərdə insanlar qəbiristanlıqlara gedərək şam, məşəl və lopa yandırırlar. Nəticədə, bu alovlar qəbiristanlıqda yanğının yaranmasına səbəb olur.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti dəfələrlə bu yanğınları söndürsə də, hər il təkrarlanan bu ənənə qəbiristanlıqlara ziyan vurur. Həmin ənənə yalnız Gədəbəy rayonunda deyil, həmçinin Şəmkir və Tovuzda da tətbiq edilir.

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılsa da, rəsmi mövqe bildirilmədi.

Seçilən
23
turkustan.az

1Mənbələr