AZ

Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlayıb

Bakı. Trend:

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlıAzərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclistərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçiqruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrininsədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublarünvanlanıb.

Məktublarda Azərbaycanın hərbi cinayətlər törətməkdətəqsirləndirilən şəxslərin məhkəmə prosesini pozmağa cəhd edənəsassız qarayaxma kampaniyası ilə üzləşdiyi qeyd olunaraq, həminşəxslərin Ermənistanın 30 il davam etmiş hərbi təcavüzüçərçivəsində hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər, etniktəmizləmə, hərbi təcavüz, soyqırımı aktları, işgəncələr və digərağır cinayətlər törətməkdə ittiham olunduqları diqqətəçatdırılır.

Bu məsələ ilə bağlı irəli sürülən yalan iddiaların məhkəməninlegitimliyini şübhə altına almaq məqsədi daşıdığı vurğulanaraq,qeyd edilir ki, hərbi cinayətkarları “hərbi əsir” adlandırmaq vəonların azad olunmasını tələb etmək, vəziyyətin mahiyyətinibilməməkdən və ya onu qəsdən görməzdən gəlməkdən irəli gəlir.

Məktublarda daha sonra mühakimə olunanların Azərbaycan dövlətinəvə xalqına qarşı törətdiyi cinayətlər faktlarla diqqətə çatdırılır.Bu şəxslərin Azərbaycan ərazilərinə qarşı həyata keçirilmiş hərbitəcavüzü planlaşdıran və icra edən, eyni zamanda hərbi cinayətlərvə bəşəriyyətə qarşı cinayətlər törədənlər arasında olduqlarıvurğulanır. Lakin bu günədək bu müharibə cinayətlərinə və insanlıqəleyhinə cinayətlərə görə Ermənistanda bir nəfərin belə məsuliyyətəcəlb olunmadığı, əksinə, Ermənistanın bu cinayətkarları qəhrəmankimi tərənnüm etməkdə davam etdiyi ifadə edilir. Məktublardadeyilir ki, aparılan istintaq zamanı Ermənistanın və onunhərbi-siyasi rəhbərliyinin hərbi təcavüz və işğala görə məsuliyyətdaşıdığını sübut edən mühüm faktlar aşkar olunub.

Məktublarda, həmçinin bildirilir ki, bəzi siyasətçilərin,parlament üzvlərinin və media nümayəndələrinin əsassız iddialarınabaxmayaraq, bu şəxslərin vəkil tutmaq hüququ tam təmin edilir,onlara qarşı hər hansı pis rəftar barədə heç bir şikayət daxilolmayıb və məhkəmə prosesləri tam şəffaf şəkildə aparılır.

Yekunda vurğulanır ki, Azərbaycanın ərazisində müharibəcinayətkarlarının ədalətli mühakiməsinə qarşı çıxanlar açıq şəkildəetnik təmizləməni, işğalı və təcavüzü dəstəkləyirlər. Ədalətolmadan sülh mümkün deyil və ədalət yalnız cəzasızlıq sonaçatdırıldıqda bərqərar ola bilər.

Məktublara Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyidövrdə törətdiyi müharibə cinayətləri və insanlığa qarşıcinayətləri özündə ehtiva edən və BMT Baş Assambleyasının və BMTTəhlükəsizlik Şurasının rəsmi sənədi kimi qəbul edilmiş 2019-cu iltarixli "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəmüharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyətihaqqında Hesabat" (A/74/676 – S/2020/90) da (https://www.mfa.gov.az/files/report-on-the-war-crimes-in-the-occupied-territories-of-the-republic-of-azerbaijan-and-the-republic-of-armenias-responsibility.pdf)da əlavə edilib.

Seçilən
2
23
az.trend.az

10Mənbələr