Bakı. Trend:
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili),şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrəsərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dairmüsabiqənin keçirilməsi Qaydası”na dəyişiklik edilib.
Trend xəbərverir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Qərara əsasən, formulyar qeyri-müntəzəm sərnişin daşımalarındasərnişinlər barədə məlumatı əks etdirən Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan YerüstüNəqliyyat Agentliyinin informasiya sistemində elektron qaydadadoldurulan sənəd hesab ediləcək.
Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri iləsərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilərəsmiləşdirilir. Formulyarın formasını Nazirlər Kabineti təsdiqedir. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasınınhəyata keçirilməsinə yol verilmir.