AZ

Azərbaycanın beton şirkətinin 163 min manat vergi borcu var

“ZZ Beton” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

FED.az bu barəd İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir .

Məlumata əsasən, “ZZ Beton” MMC-nin vergi borcu 163 min 483,56 manatdır. Bu vergi borcu 13.03.2025-ci il tarixinə olan məlumatdır.

Qeyd edək ki, "ZZ Beton" MMC 4 dekabr 1998-cı ildə yaradılıb. MMC 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ziyad Qurbanov Tərxan oğludur. Hüquqi ünvanı Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ev 6 ünvanıdır.

Seçilən
17
fed.az

1Mənbələr