AZ

Taksi sürücülərinin sərnişindən proqramda yazılandan artıq məbləğ tələb etməsi qadağan olunub

Bakı. Trend:

“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili),şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrəsərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dairmüsabiqənin keçirilməsi Qaydası”na dəyişiklik edilib.

Trend xəbərverir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, buraxılış vəsiqəsi hüquqi şəxslərin və ya fərdisahibkarların sərnişin daşımaları sahəsində fəaliyyət göstərməsiüçün verilən icazə hesab ediləcək.

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarındaistifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri,daxili və xarici tərtibatı Nazirlər Kabinetinin təsdiq etdiyitələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyənavtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtinaolunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılırvə ya ləğv edilir.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometringöstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometrfunksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyənolunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi vəburaxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir.

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılışvəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsiəsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarınınyerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyatvasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinintaksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinəyetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavəödənişin tələb edilməsi qadağandır.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılışkartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsinsifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.

Seçilən
16
29
az.trend.az

10Mənbələr