AZ

WSJ: "Avropa Rusiya ilə təkbaşına vuruşmaq zorunda deyil"

AzVision.az bildirir ki, belə proqnoz verən “The Wall Street Journal (WSJ)” nəşrinin iddiasına görə, Avropa ordularında strateji aviasiya, hava hücumundan müdafiə (HHM), kəşfiyyat imkanları və qoşunların idarəetmə sistemləri yoxdur. Bu funksiyaları əsasən ABŞ yerinə yetirir ki, bu da Avropanın təhlükəsizliyini Vaşinqtondan asılı vəziyyətə salır.

“Avropa İttifaqının (Aİ) hərbi sənayesi silah istehsalının artırılmasının öhdəsindən gələ bilmir, çünki Ukraynaya xeyli miqdarda texnika ötürülür və onların dəyişdirilməsi ləng gedir. NATO-nun baş katibi Mark Rütte daha əvvəl etiraf etmişdi ki, Avropa müdafiə sənayesi çox parçalanıb və astagəldir”,- qəzet yazır.

Bununla belə, NATO-nun Ukrayna sərhədi yaxınlığındakı təlimlərinə və hərbi xərclərin artmasına baxmayaraq, alyans ABŞ olmadan müdafiə məqsədlərinə çatmaq üçün mübarizə aparacaq. Alyansın fevral ayında keçirdiyimanevrlərdə 10 min NATO əsgəri iştirak etsə də, ABŞ öz qüvvələri buna qatılmayıb.

London və Paris Rusiyaya zərbə endirməyə hazırdırlar
WSJ qeyd edir ki, bu baxımdan Avropa ölkələri ABŞ olmadan öz təhlükəsizliklərinin təminatıimkanlarını müzakirə etməyə başlayıblar, lakin hələlik onlar Amerika texnologiyasından və hərbi rəhbərliyindən asılı olaraq qalırlar.

Buna baxmayaraq, “Associated Press (AP)” agentliyinin məlumatına əsasən, Böyük Britaniya və Fransa Moskvanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.

Xatırladaq ki, Donald Tramp dəfələrlə NATO-nu tənqid edərək, Avropanın daha çox müdafiə xərclərini üzərinə götürməyəcəyi təqdirdə ABŞ-nin NATO-dan çıxması ilə hədələyib. ABŞ prezidenti Ağ Evə qayıtdıqdan sonra NATO ölkələrindən hərbi büdcələrini ÜDM-in 5%-ə çatdırmağı tələb edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
29
azvision.az

1Mənbələr