AZ

“Qadınlar ailəsizliyə niyə bu qədər maraqlıdır? Plan özünü doğrultdu”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib ki, Azərbaycanda boşanmaların təşəbbüskarlarının 70 faizi qadınlardır.

Bəs, nəyə görə qadınlar daha çox boşanmağı seçirlər?

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, Taliyyə xanımın sözlərini Mediasiya Şurasından da təsdiqləyirlər.

Onun sözlərinə görə, vəkillər də bunu təsdiqləyir: “Bəzən psixoloqlar da açıqlama verir ki, qadınlar boşanmaqda daha maraqlıdırlar, ailə birliyinin bərpası mümkün olduğu vəziyyətlərdə belə israrla boşanmaq istəyirlər. Amma cəmiyyətdə bu fikrə qarşı ciddi narazılıq var, təbii ki qadınlar tərəfindən. İsrarla bu açıqlamaların qərəzli olduğunu, qadınların boşanmaqda haqlı olduğunu deyirlər”. 

Sosioloqun fikrincə, bəzən boşanmaq yeganə çıxış yolu olur, ölməmək, öldürməmək, həyatda qalmaq, psixoloji və mənəvi olaraq bütün qala bilmək üçün boşanma yeganə çıxış yolu olur, amma bütün qadınların zorakılıq görməsi iddiası absurddur:

“Qoy, bu 70 faizlik nisbətdəki xanımların 100-u, 500-ü zorakılıq görsün, mənəvi və ya fiziki şiddət görsün, ona görə boşanmaq istəməsi normaldır, haqlıdırlar. Amma bu kütləvilik nədir? Mümkün deyil ki, bu 70 faizin hamısı haqlı olsun. Belə çıxır, ölkədə normal kişi yoxdur? Axı bu kişiləri də o xanımlar böyüdür, onların anaları, xalaları böyüdür. Qadınlar niyə bu qədər maraqlıdır ailəsizliyə? Bu nə azadlıq iddiasıdır? Bu azadlıq deyil, azadlığı bu qədər ucuzlaşdırmaq doğru deyil. Ölkədə ailə soyqırımı başlayıb, təşəbbüskarı da elə qadınlardır. İllərdir altdan-altdan işlənən plan özünü doğrultdu, feminizm, gender bərabərliyi planları həyata keçir, qadın azadlığı deyə-deyə ölkənin evini yıxdılar. Dəhşətli vəziyyətdir və bərpasına ümid hər gün azalır”.

Həmidə İbrahimova

Seçilən
18
2
olke.az

3Mənbələr