Domen adlarını və İP ünvanlarını idarə edən beynəlxalq ICANN təşkilatı SSRİ-yə məxsus .su domenini internetdən silmək planlarını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Domain Name Wire saytı məlumat yayıb.
Məqalədə qeyd olunur ki, ICANN .su domeninə cavabdeh olan Rusiya İctimai Şəbəkələrin İnkişafı İnstitutuna məktub göndərib. O, sovetlərə məxsus ünvanın istifadəsini mərhələli şəkildə dayandırmağı planlaşdırır.
Şirkət əlavə edib ki, bu qərar ICANN-in xüsusi beynəlxalq standartdan çıxarılan ölkə domenlərinin çıxarılması ilə bağlı siyasətinə uyğun olaraq qəbul edilib.
Məqalədə vurğulanır ki, .su domeni 1992-ci ildə standartdan çıxarılsa da, o, fəaliyyətini davam etdirir. Beləliklə, Domain Name Wire-ın qeyd etdiyi kimi, hazırda .su domen zonasında qeydiyyatdan keçmiş 100 mindən çox istifadəçi var. Bundan əlavə, yeni istifadəçiləri qeydiyyatdan keçirmək imkanı var.
2024-cü ilin iyununda məlum oldu ki, Rusiyada yeni spb.rf domen zonası yaranıb. Bu barədə qeydiyyatçı Ru-Center və Roscongress Foundation məlumat yayıb.