1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Facebook və "Instagram" "Meta" şirkətinə məxsusdur. Bir neçə ildir ki, bu sosial şəbəkələrdə Azərbaycandan reklam ödənişi edildikdə vergi tutulur. "YouTube"dan əldə edilən gəlirə görə də vergi ödənilir".
Bunu Baku TV-nin "Baku Aktual" verilişində sosial mediada məşhur olan bloqer və influenserlərin hesabına çirkli pulların yuyulması ilə bağlı müzakirə zamanı aparıcı, influenser İlkin Həsəni deyib.
O qeyd edib ki, yeganə idarə edilə bilməyən sosial şəbəkə "TikTok" platformasıdır:
"TikTok" bir bəladır. Burada çirkli pulların yuyulması isə belə baş verir: əlində çirkli pul olan şəxs kiminləsə danışaraq ona hədiyyələr göndərir, daha sonra həmin adam da onları nağdlaşdıraraq 50 faizini geri qaytarır. Həmin pulların Dubayda, yaxud Türkiyədə nağdlaşdırılması haqqında məlumatlar var. Bu məsələ nəzarətdən kənarda qalıb".
Daha ətraflı Baku TV-nin süjetində: