Fransa Parlamenti Ukraynanı dəstəkləyən və Rusiya aktivlərinin həbsini tələb edən qətnamə qəbul edib.
Hurriyyet.az xəbər verir ki, sənəd 288 səslə təsdiqlənib, 54 deputat isə əleyhinə səs verib.
Qətnamə Aİ, NATO və onun müttəfiqlərini Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyi davam etdirməyə və artırmağa, Aİ üçün “müstəqil Avropa müdafiəsi” qurmağa və Ukraynaya hərbi dəstəyi maliyyələşdirmək üçün Rusiyanın aktivlərini ələ keçirməyə çağırır.
Sənəddə həmçinin Fransa hökuməti və avropalı tərəfdaşları Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi imkanlarını araşdırmağa çağırılır.
Qətnamə simvolik xarakter daşısa da, Fransa hökumətinin Rusiya aktivlərinin həbsinə qarşı mövqeyinə təsir edə bilər.
Musavat.com