ABŞ, Avropa İttifaqı (Aİ) viski tariflərni ləğv etmədiyi təqdirdə, şərab da daxil olmaqla Aİ ölkələri istehsalı olan alkoqollu içkilərə 200 % gömrük rüsumu tətbiq edə bilər.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” nəşrində yazıb.
O qeyd edib ki, Aİ viskiyə 50 % gömrük rüsumu tətbiq edib: “Əgər bu rüsumlar dərhal ləğv edilməsə, ABŞ Fransa və Aİ-ni təmsil edən digər ölkələrdən tədarük edilən bütün şərab, şampan və alkoqollu məhsullara 200 % gömrük rüsumu tətbiq edəcək. Bu, ABŞ-də şərab və şampan istehsalı üçün əla olacaq".