AZ

DİQQƏT! İftarda bu qidalardan UZAQ DURUN...

Hər il dünyada Ramazan ayı xüsusi ehtiramla qeyd olunur. Oruc tutmağın həm dini həm də tibbi baxımdan əhəmiyyəti də böyükdür.  Lakin oruc tutmaq bəzi insanlara asan gəlsə də, bəziləri üçün bu çətin ola bilər və aclıq iş və gündəlik fəaliyyətdə narahatlıqlar yarada bilər.

Orucluq ayında aclıq və susuzluğa qarşı dözümlü olmaq üçün hansı qidalardan istifadə etmək olar? Bununla belə hansı qidalardan xüsusilə də iftar vaxtı tamamilə imtina olunmalıdır? 


Mövzu ilə bağlı  Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans-a bildirib ki, oruc tutan insanlar ilk növbədə Ramazan ayının mənəvi tərəfləri ilə bağlı geniş və dərin fikirlərə malik olmalıdırlar. Çünki əksər hallarda xüsusilə də son dövrlərdə Ramazan ayında oruc tutmağı əslində olan gerçək mənasından uzaqlaşdırırlar. Burada məqsəd bəzən arıqlamaq və digər fikirlər olur. Nəzərə almaq lazımdır ki, bu ay insanın öz nəfsinə nəzarət və Allaha yaxın olmaq üçün oruc tutulur. 



Mütəxəssis  bildirib ki, xroniki xəstəlikləri olanlar, hamilə qadınlar , səfərdə olanlar, yetkinlik yaşında olanlar üçün oruc tutulması vacib deyil. Oruc tutan şəxslərin diqqət etməli olduqları məqamlar var. Yaxşı olardı ki, insanlar oruca başlayarkən səhər yeməyinə azduzlu, duzlu pendirdən, turşulardan imtina edilməlidir. Bu qidalardan imtina gün ərzində susuzluğa qalib gəlməyə kömək edir. Bununla belə süd məhsulları, yumurta və tam buğda unundan hazırlanan çörəyin oruc tutanların orqanizmi üçün faydası çoxdur. Bu qidalar həzm prosesinə müsbət təsir edir. 


Məhsəti Hüseynova iftarla da bağlı fikir bildirib. O deyib ki, yaxşı olar ki, iftarı əvvəlcə su ilə açılsın. Bir qədər ara verib meyvə şirəsi və ya şorbalardan istifadə effektivdir. Təxminən qidalar arasında mütləq şəkildə məsafə olmalıdır. Yeməkdən sonra şirniyyatların qəbulu isə ən azı 40 - 50 dəqiqə keçdikdə məsləhətdir.


"Ümumiyyətlə yağlı və çox duzlu qidalardan tamamilə uzaq durmaq əhəmiyyətlidir. Bəzən oruc tutan şəxslər gün ərzində yatmaqla keçirirlər. Fiziki aktivlik isə çox önəmlidir. Oruc tutanlar yuxu rejiminə də diqqət etməlidirlər. Həddən artıq yatmağın da ziyanı var", - deyə mütəxəssis qeyd edib.


Bünyamin Bünyadzadə

Referans


Seçilən
9
referans.az

1Mənbələr