Bakı. Trend:
İrəvan və Bakı sülh sazişinin mətni üzrə danışıqlar yükunlaşıb,mətnin açıq qalan son iki bəndi razılaşdırılıb.
Trend erməniKİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xariciişlər nazirliyindən bildirilib.
"Beləliklə, sülh müqaviləsi imzalanmağa hazırdır. Ermənistansənədin imzalanma vaxtı və yeri ilə bağlı Azərbaycanlaməsləhətləşmələrə hazırdır", - XİN-dən bildirilib.
Qeyd edək ki, bu gün bu gün Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında bildirib ki, sülh sazişin mətni iləbağlı danışıqlar prosesi artıq yekunlaşıb.
"Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişinmətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Yəni biz birneçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxıngünlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinintəkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsiləçatdırıb. Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeydedə bilərik", - o bildirib.
Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfiningözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında vədigər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü vəsuverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yoluilə aradan qaldırılması baş tutsun:
"Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu vəonun digər təsisatlarının da ləğv olunması vacib amildir".