AZ

Kaya Kallas: Aİ nə müharibə, nə də sülh şəraitindədir

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas əmindir ki, Avropa İttifaqı hazırda nə müharibə, nə də sülh şəraitindədir. 

HİT.az xəbər verir ki, İspaniyanın RTVE teleradio şirkətinə müsahibəsində fikirlərini bölüşüb.

Kallas Avropanın ABŞ-ın yeni administrasiyasının yanaşmalarına öyrəşməkdə davam etdiyini vurğulayıb.

"Biz Avropada hamımız narahatıq, çünki müharibə vəziyyətində deyilik, lakin sülh şəraitində də deyilik. Hökumətlər müdafiə xərclərini artırmaq üçün çətin qərarlar qəbul etməlidirlər, çünki ehtiyac duyduğumuz zaman bu sərmayələri yatırmaq çox gec olacaq", deyə diplomat vurğulayıb.

O, həmçinin qeyd edib ki, Rusiya, İran, Şimali Koreya və Çin əməkdaşlıq edir, ona görə də Aİ ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya və Avstraliya kimi demokratik tərəfdaşlarla əlaqələri gücləndirməlidir. O, bu ölkələri "yaxşı ölkələr" kimi xarakterizə edib.

Bir gün əvvəl Kaya Kallas bəyan etmişdi ki, dünya qanunun aliliyindən uzaqlaşaraq gücə doğru gedir və bu inkişafın sübutlarından biri də Ukrayna münaqişəsidir.

Samir

Seçilən
6
1
hit.az

2Mənbələr