Uşaqların ətraf mühitin mühafizəsi sahəsinə maraq və məlumatlılığını artırmaq məqsədilə 20 nömrəli məktəb-liseyin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olaraq Nazirliyin fəaliyyət sahələri ilə tanış olmaq imkanı əldə ediblər.
Daha sonra məktəblilər ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ilə görüşüb. İnteraktiv formatda keçirilən görüş zamanı ətraf mühitin mühafizəsi, biomüxtəliflik, “Qırmızı Kitab”ın əhəmiyyəti ilə bağlı şagirdlərlə səmimi söhbət və müzakirələr aparılıb.
Tədbirin davamı olaraq şagirdlər Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi, 168 Çağrı Mərkəzi, Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsi, Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsi ilə tanış olub, həmin şöbələrin iş fəaliyyəti barədə məlumatlandırılıblar.
Yel çərşənbəsində təşkil edilən tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Ekologiya.az