AZ

İdxal olunan nektarin və şaftalı tinglərində virus aşkarlanıb

Bakı. Trend:

Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədənidxal etdiyi nektarin və şaftalı tinglərindən AQTA əməkdaşlarıtərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsulpartiyasında şarka virusu aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, faktla bağlı 18000 ədəd nektarin, 18240 ədədşaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasıvə ya məhv olunması barədə qərar qəbul edilib, hazırdaqanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir.

Qeyd edilib ki, şarka virusu meyvə ağaclarında, xüsusilənektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəbolur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığıəhəmiyyətli dərəcədə azaldır.

Məqalədə:
Seçilən
28
22
az.trend.az

10Mənbələr