“Lill”in baş məşqçisi Bryuno Jenezyo UEFA Çempionlar Liqasının 1/8 finalının Dortmund “Borussiya”sı ilə cavab oyununu (1:2) şərh edib.
Arena.az fransız mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:
“Əlbəttə, əvvəla, Çempionlar Liqasından kənarlaşdırıldığımız üçün indi bizə məyusluq hissi hakimdir. Sonra isə bizə, oyunçularımızı işitak etdikləri bu səyahət münasibətilə təbrik etmək gərəkdir ki, baxmayaraq ki, biz bunun davamını istərdik.
Biz birinci hissədə yaxşı çıxış etdik və hesabı açmaqla öz üstünlüyümüzdən istifadə etdik. Amma ikinci hissədə “Borsussiya” bizdən xeyli yaxşı idi.
Biz, açdığımız hesabı (5-ci dəqiqə – redaktorun qeydi) elə, oyunun əvvəlindən qoruyub-saxlamağa çalışdıq. Rəqibə yüksək təzyiqi və dərin oyunmağı boşladıq. Biz sadəcə topa nəzarət etmək istəyirdik və rəqibə təhlükəli olmaq fürsəti verdik. Onları oyuna buraxdıq. Həmçinin zehniyyət etibarı ilə.
Böyük komandalar uğursuzluqlardan özlərinə necə gəlməyi bilirllər. Bunu qəbul edib həzm etmək və gündəlik həyata qayıtmaq gərəkdir. Bizim çıxışımız qənaətbəxş idi, amma siz ən yüksək səviyyəli oyunçu və ya məşqçisinizsə, həmişə daha artığına istəklisiniz”, deyə Jenezyo vurğulayıb.
Səfərdəki ilk oyunda 1:1 hesablı heç-heçə oynamış “Lill” ümumi hesabın nəticəsinə (2:3) görə Çempionlar Liqasının cari mövsümündəki çıxışına xitam verib. Yarışın 1/4 finalına vəsiqə qazanmış “Borussiya” isə bu mərhələdə Kataloniya nəhəngi “Barselona” ilə qarşılaşacaq.