AZ

İtaliya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir - Ceyhun Bayramov

Bakı. Trend:

İtaliya və Azərbaycan arasında münasibətlər yüksəksəviyyədədir.

Trend xəbərverir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun BayramovBakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan“Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması”mövzusunda panel müzakirələrində deyib.

“İtaliya ölkəmizin ən iri ticarət tərəfdaşıdır. Bizim müxtəlifsahələrdə çoxillik münasibətlərimiz var və siyasi baxımdan da biziməməkdaşlıq çox yaxşı səviyyədədir.

Biz mütəmadi olaraq yüksək səviyyəli dialoq aparırıq – bizimprezidentlər səviyyəsində dialoqumuz var.

Bu yaxınlarda, ötən ilin sentyabr ayında, Azərbaycan Prezidentiİlham Əliyevlə İtaliya baş naziri Corc Meloni arasında görüşkeçirilib və biz zati aliləri baş naziri COP29-da böyükməmnuniyyətlə qarşılamışdıq”, - deyə o bildirib.

C.Bayramov, həmçinin, uzun illər ərzində Azərbaycanın neft vəqaz tədarükü üzrə İtaliyanın etibarlı tərəfdaşı olduğunu diqqətəçatdırıb.

O, eyni zamanda, İtaliya-Azərbaycan İnstitutunun binasınınaçılışının gözlənildiyini xatırladıb.

Nazir qeyd edib ki, ölkələri sıx mədəni əlaqələrbirləşdirir.

Seçilən
23
1
az.trend.az

2Mənbələr