Azərbaycan Basketbol Liqasında 18-ci tura start verilib.


Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.


Açılış matçında "Lənkəran" "Quba"nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 95:86.


"Quba" B qrupunda 23 xalla beşinci, meydan sahibləri 21 xalla sonuncu - altıncıdır.


Tura martın 16-da yekun vurulacaq.