AZ

Şimali Makedoniya Prezidenti: Konstitusiyamıza hörmətsizlik edilir, amma Aİ-yə üzvlük təklif edilmir

"Dünyada bizim dilimizə, konstitusiyamıza hörmətsizlik edilir, amma bunun müqabilində bizə Avropa İttifaqına üzvlük təklif edilmir".

APA xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumu çərçivəsində bildirib.

O BMT-nin qütbləşməsi istiqamətindəki cəhdlərə də toxunub:

"Rusiya Ukraynanın dilini saymayanda hamı buna münasibət bildirir, amma Şimali Makedoniya dilinə hörmətsizlik ediləndə hamı susur. Dünyada bizim dilimizə, konstitusiyamıza hörmətsizlik edilir, amma bunun müqabilində bizə Avropa İttifaqına üzvlük təklif edilmir. Biz Avropa dəyərlərinə inanır və düşünürük ki, fiziki sərhədlər pozulana qədər mənəvi sərhədlər pozulur. Hüquqlar üzərində kompromis ediləndə təbii ki, beynəlxalq sərhədlər də pozulacaq. BMT-nin əsasını qoyanlar o dövrdə də ciddi çətinliklərlə üzləşdilər. Lakin buna baxmayaraq BMT yarandı. Biz ikili standartlarla qarşılaşan ölkənin təcrübəsindən çıxış edib deyə bilərik ki, qlobal konsensusa geniş töhfələr verməliyik. Getdikcə müxtəlif böhran və çağırışlar yaşayan BMT qütbləşsə və siyasi məqsədlərə xidmət edən qərarlar qəbul edilsə biz məlumatsızlıqla dolu bir məkanda yaşayacağıq".

Seçilən
5
apa.az

1Mənbələr