Zaqatalada baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.
News24.az Lent.az-a istinadla xəbər verir ki, qəza nəticəsində "Niva"nın sürücüsü, rayonun Sabunçu kənd sakini 66 yaşlı Şəmsəddin Yunusov dünyasını dəyişib.
"Niva" da olan sərnişinlər, sürücünün ailə üzvləri - 38 yaşlı Şəhla Məmmədova, 47 yaşlı Zümrüd Əhmədova, azyaşlılar - Murad və Məhəmməd Əliyevlər xəsarət alıblar.
İnkassatorda olan Şükür Allahverdiyev, kassir Səbuhi Əliyev və sürücü Elşən Süleymanov çox yüngül xəsarət alıblar.
***
Zaqatalada ağır yol qəzası baş verib.
Hadisə bu gün saat 14:40-da Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.
"Niva", "Mercedes" və İnkassator maşınının toqquşması nəticəsində bir nəfər ölüb, bir-neçə nəfər xəsarət alıb.
Ölən "Niva"nın sürücüsü, rayonun Sabunçu kənd sakini 66 yaşlı Şəmsəddin Yunusovdur.
Faktla bağlı araşdırma aparılır.