Bakı, TurkicWorld
BAYKAR tərəfindən istehsal edilən Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Aparatı (TİHA) ASELSAN-ın Murad AESA radarı ilə uğurlu sınaq uçuşu həyata keçirib.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Bayraktar AKINCI-nın bu kritik test uçuşuna dair görüntülər BAYKAR-ın sosial media hesabında paylaşılıb.
Müdafiə Sənayesi Başçısı Haluk Görgün də sosial media hesabında görüntüləri paylaşaraq bu texnologiyanın Türk müdafiə sənayesinə və Türk Silahlı Qüvvələrinə güc qatacağını vurğulayıb.
Qeyd edək ki, Murad AESA radarı yüksək həssaslıq və uzaq məsafədən aşkarlama qabiliyyəti ilə Türkiyənin müdafiə sənayesində strateji əhəmiyyət daşıyan sistemlərdən biridir.
Bayraktar #AKINCI
— BAYKAR (@BaykarTech) March 13, 2025
Murad AESA Radar Performans Test Uçuşu
Murad AESA Radar Performance Test Flight #Baykar @Aselsan#MilliTeknolojiHamlesi pic.twitter.com/KkyXGNioXh