UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko Madrid"lə qarşılaşan "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Gülerə 120 dəqiqə ərzində şans vermədiyi üçün tənqid atəşinə məruz qalıb.
Bizim.Media "SporX"ə istinadən xəbər verir ki, türkiyəli azarkeşlər "Real Madrid"in sosial şəbəkə hesablarında - "Arda Gülerə 120 dəqiqə ərzində şans verməməyiniz çox böyük ayıbdır", - deyə qeyd ediblər.
Xatırladaq ki, "Atletiko Madrid" - "Real Madrid" matçında penalti zərbələrini daha dəqiq yerinə yetirən qonaqlar ¼ finala yüksəliblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta