Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan tanınmış rəqqasə Tanyelinin səhhəti ağırlaşıb.
Sfera.az türk mediasına istinadla xəbər verir ki, son dörd ayda xəstəxanada müalicə alan sənətçi ötən gecə vəziyyətinin pisləşməsi səbəbindən intubasiya (xəstənin ağciyərlərini süni tənəffüs aparatı ilə birləşdirmək üçün nəfəs borusuna xüsusi boru yerləşdirilməsi - red.) edilib.
Tanyeli fevralın 27-də sosial media hesabında sağlamlıq durumu ilə bağlı paylaşım edərək "Xəstəxanadayam, Allah qoysa, bu gün-sabah evə gedəcəyəm" demişdi. Lakin son vəziyyəti onun xəstəxanada qalmasını zəruri edib.
Sənətçinin yaxınları və pərəstişkarları onun sağalması üçün dualar etməyə davam edir.
Məqaləyə dair fotomateriallar: