AZ

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri sanksiyaların yumşaldılmasını müzakirə etmirlər, əksinə yeni paketi nəzərdən keçirirlər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Anitta Hipper deyib.

“Biz yekdilliklə təsdiqlənən 16 sanksiya paketini təqdim etmişik və 17-ci paket üzərində işləyirik”, - deyə Hipper bildirib.

Qeyd edək ki, martın 13-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bəyan edib ki, Rusiyaya qarşı bütün sanksiya məhdudiyyətləri qanunsuzdur və ləğv edilməlidir. Eyni zamanda, Kreml nümayəndəsi Rusiyanın sanksiyalara mükəmməl uyğunlaşdığını vurğulayıb.

Seçilən
8
publika.az

1Mənbələr