Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişinin mətni üzrə danışıqlar başa çatıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belə deyir. Oxşar bəyanatlar Ermənistan rəsmiləri tərəfindən də səslənir...
1-2 gün əvvəl yazmışdım. Nikol Paşinyanın vaxtı azdır. Tələsməlidir. Qərbə bağlı "oc-media.org" saytı yazır:
"Mövzudan xəbəri olan və adının açıqlanmasını istəməyən Qərb rəsmisi “OC Media”ya bildirib ki, saziş Ermənistanın böyük güzəştləri, o cümlədən Avropa İttifaqı müşahidəçilərinin sərhəddən çıxarılması və beynəlxalq səviyyəli məhkəmə proseslərinin dayandırılmasını ehtiva edir".
"Ermənistan Azərbaycana böyük güzəştlərə gedib" söhbətinin arxasında konkret olaraq hansı mətləblər yatır?
İkisi konkret olaraq qeyd olunub. Amma bu, heç də hamısı deyil. Tezliklə detallar üzə çıxacaq.
Ən önəmlisi isə odur ki, Ermənistan güzəştə getdi.
Təsadüfi deyil ki, Nikol Paşinyan bu gün yenə Ermənistanda konstitusiya dəyişikliyindən söhbət açıb.
Elbəyi Həsənli,
Sürix
P.S Bəzi dostlarımız hələ də təkidlə yazır ki, Ermənistan Azərbaycana hücum edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta