Eks təhsil naziri Misir Mərdanov TV Müsavata geniş müsahibə verib.
Musavat.com xəbər verir ki, TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına eksklüziv müsahibəsində M.Mərdanov təhsilin hazırkı durumu, məktəblərdəki neqativ hallar, uşaqların dərs yükü və təhsildəki problemlərlə bağlı səs-küy yaradacaq fikirlər səsləndirib.
O, hazırkı elm və təhsil naziri Emin Əmrullayevlə də normal münasibətləri olduğunu deyərək, təhsilimizin düşdüyü “repetitor bataqlığı”ndan çıxmağın yollarından danışıb.
M.Mərdanov nazir olduğu zaman yaşadığı maraqlı olaylardan, eyni zamanda rus dilli məktəblər mövzusunda yaşanan qalmaqaldan da bəhs edib.
Müsahibənin video versiyası ilə aşağıdakı linkdə tanış ola bilərsiz.