AZ

"Həmin matçlarda da qalib gələ bilərdik" - "Quba"nın baş məşqçisi

"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XVIII turunda "Lənkəran"ı məğlub etdikləri (95:86) oyunla bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, klubun mətbuat xidmətinə danışıb:

"Rəqibi göstərdiyi performansa, oyuna görə təbrik edirəm. Son matçlarda komandamızın bir qədər fərqli oyun sərgilədiyi nəzərə çarpır. Müdafiədəki çıxışımızı xüsusi qeyd etmək istəyirəm. Amma son görüşlərdə bir sıra səbəblərə görə uduzurduq, güclü rəqiblərlə qarşılaşırdıq. "Gəncə" və "Şəki" ilə oyunları nəzərdə tuturam. Həmin matçlarda da qalib gələ bilərdik".

Əsgərov bugünkü görüşdə komanda şəklində yaxşı çıxış etdiklərini deyib:

"Bütün oyunçularımızı təbrik edirəm. Əsasən müdafiədə ciddi işlədik. Buna baxmayaraq, rəqib ciddi müqavimət göstərdi. Amma sonda sözümüzü dedik və qələbə qazandıq. Qalibiyyətdə payı olan hər kəsi təbrik və təşəkkür edirəm".

Seçilən
27
1
fanat.az

2Mənbələr