AZ

Bununla tər qoxusundan xilas olun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlarda döş xərçənginə səbəb ola bilir.

Sizə təqdim edəcəyimiz resept isə tamamilə təbii məhsullardan ibarətdir.

Lazım olanlar:

8 x.q kokos yağı

yarım fincam qarğıdalı nişastası

yarım fincan soda

4-5 damcı hər hansı təbii ətirli yağ

Hazırlanması:

Soda və qarğıdalı nişastasını qarışdırın. Kokos yağı əlavə edin. Daha sonra istədiyiniz yağı əlavə edərək qaba doldurun. Bu köhnə dezodorant qabı da ola bilər.

Qarışımı 2 həftə ərzində istifadə etmək lazımdır./Axşam.az


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr