İsveç Ukraynanın bərpası və inkişafını dəstəkləmək, həmçinin təcili humanitar ehtiyacları qarşılamaq üçün 137,7 milyon dollar (1,4 milyard İsveç kronu) ayıracaq.
İndex.az qərb mediasına istinadən xəbər verir ki, bu barədə İsveçin beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Benjamin Dousa mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu yardım paketi İsveç tarixində ən böyük mülki dəstək proqramıdır. Bura dağıdılmış infrastrukturun bərpası, ərazilərin minalardan təmizlənməsi və tibbi heyətin təlimi daxildir.
“Ukraynaya yardım təkcə həmrəylik aktı deyil, həm də İsveçin özü üçün təhlükəsizlik məsələsidir”, – Dousa qeyd edib.