AZ

Polşa nüvə silahı istəyir - “Rusiya heç kimdən soruşmadan bunu edib...”

Polşa ABŞ-dən nüvə silahı istəyir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Polşa Prezidenti Anjey Duda ABŞ-ni öz ölkəsinin ərazisində nüvə silahı yerləşdirməyə çağırıb. O hesab edir ki, Polşa bu yolla Rusiyanın təcavüzünün qarşısını ala bilər.

Dudanın fikrincə, ABŞ Prezidenti Donald Tramp Amerika nüvə başlıqlarını Qərbi Avropadan və ya ABŞ-dən Polşaya daşıya bilər. O, bu yaxınlarda ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla bu ehtimalı müzakirə edib: “NATO-nun sərhədləri 1999-cu ildən şərqə doğru dəyişib, ona görə də 26 il sonra NATO-nun infrastrukturu da şərqə doğru dəyişməlidir”.

Polşa Prezidenti xatırladıb ki, Rusiya heç kimdən icazə almadan Belarusda nüvə silahı yerləşdirib.

Duda 2022-ci ildə ABŞ Prezidenti Co Baydenin əvvəlki administrasiyasına təqdim etdiyi nüvə silahlarının paylaşılması layihəsinin reallaşacağına ümid edir.

“AzPolitika.info”

Seçilən
4
azpolitika.info

1Mənbələr