AZ

"2026-cı ilədək sülh mümkün deyil: Avropa kəşfiyyatı Rusiyanın mühüm sənədini ələ keçirib" - "The Washington Post"

"Sənəddə Ukrayna dövlətçiliyinin demontaj edilməsi istiqamətində Moskvanın səylərini davam etdirməli olduğu qeyd olunur..."
 
Avropa kəşfiyyat orqanlarından biri, FTX ilə sıx əlaqəli Rusiyanın nüfuzlu analitik mərkəzi tərəfindən hazırlanmış sənədlə tanış olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Sənəddə Rusiyanın Ukrayna məsələsində ABŞ-ın danışıqlar mövqeyini zəiflətmək üçün işləməli olduğu, bunun üçün isə Donald Tramp administrasiyası ilə digər ölkələr arasında gərginlik yaratmağa çalışmalı olduğu qeyd olunur.
 
Qeyd edilir ki, bundan əlavə, sənəddə Ukrayna dövlətçiliyinin demontaj edilməsi istiqamətində Moskvanın səylərini davam etdirməli olduğu bildirilir. Nəşrin məlumatına görə, sözügedən sənəddə Trampın 100 gün ərzində sülh sazişi bağlamaq planları da rədd edilir və vurğulanır ki, "Ukraynadakı böhranın sülh yolu ilə həlli 2026-cı ildən əvvəl baş verə bilməz".
 
Sənəddə həmçinin Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsi planları da rədd edilir. Moskva israr edir ki, "Rusiyanın işğal etdiyi Ukrayna əraziləri üzərində suverenliyinin tanınması" vacib şərtdir.
 
Həmçinin sənəddə "Ukraynanın şimal-şərqində- Bryansk və Belqorod vilayətləri ilə sərhəddə bir buffer zonası, cənubda isə Rusiya tərəfindən 2014-cü ildə qanunsuz ilhaq edilmiş Krım yaxınlığında demilitarizasiya olunmuş zona yaradılaraq Ukraynanın parçalanmasının davam etdirilməsi" təklif edilir. Jurnalistlərin yazdığına görə, bu plan xüsusilə Odessa vilayətinə təsir edəcək.
 
Bundan əlavə, sənəddə Rusiyanın danışıqlar mövqeyini gücləndirmək üçün müxtəlif variantlar təklif olunur. Onlardan biri ABŞ-a Rusiyanın faydalı qazıntılarına çıxış imkanı təklif etməkdir. Maraqlıdır ki, burada işğal olunmuş Ukrayna ərazilərindəki resurslar da nəzərdə tutulur.
 
"Sənəddə təklif edilir ki, Rusiya Belarusda, Avropa İttifaqı ilə sərhəddə "Oreşnik" orta mənzilli ballistik raketlərini yerləşdirməməyə razı olsun, əvəzində isə ABŞ Avropada yeni raket sistemləri yerləşdirməkdən imtina etsin.
 
Həmçinin, Rusiyanın ABŞ-ın "qeyri-dost" hesab etdiyi ölkələrə silah tədarükünü dayandırması müqabilində ABŞ-ın da Ukraynanı silahlandırmaqdan imtina etməsi nəzərdə tutulur. Lakin sənəddə vurğulanır ki, Rusiyanın müttəfiqlərinə silah tədarükünü dayandırması "çətin həyata keçirilə biləcək" bir şərtdir", - məqalədə deyilir.
 
Sənəddə bildirilir ki, işğal edilmiş Ukrayna əraziləri üzərində Rusiya suverenliyinin rəsmi tanınması olmadan, "yaxın perspektivdə", məsələn, ABŞ-da növbəti administrasiya dəyişikliyindən sonra, silahlı münaqişənin yenidən alovlanması "çox ehtimal olunur".
 
Ukraynanın mümkün güzəştləri, məsələn, NATO üzvlüyündən imtina və Rusiyayönlü partiyaların iştirak edə biləcəyi seçkilərin keçirilməsi, sənəddə "kifayət qədər irəli gedən addımlar" kimi qiymətləndirilmir. Əvəzində "Ukrayna hakimiyyətinin tamamilə sökülməsi" tələb olunur.
 
Həmçinin, Ukraynada istənilən sülhməramlı kontingentin yerləşdirilməsi "tamamilə lazımsız" hesab edilir. ABŞ-ın istənilən sülh razılaşmasından sonra Ukraynanı silahlandırmağa davam etmək planları "qəbuledilməz" adlandırılır. Eyni zamanda, Ukrayna ordusunun 1 milyon nəfər səviyyəsində saxlanması da Moskva üçün "tamamilə yolverilməz" hesab edilir.
 
"Sənəddə Rusiyanın sülh sazişinə cəlb olunması üçün ona qarşı tətbiq edilən sanksiyaların qismən ləğv edilməsinə dair cəhdlər də rədd edilir", - müəlliflər əlavə edir. Məlumata görə, sənəd Rusiya ilə ABŞ arasında fevralın 18-də Səudiyyə Ərəbistanında keçirilən görüşdən bir həftə öncə hazırlanıb.
 
Rusiya diplomatiyasına yaxın olan akademik bildirib ki, sənəddəki tövsiyələr Moskvanın ümumi konsensusunu əks etdirir. Bununla belə, o əlavə edib ki, Kremlin bu sənədə hansı dərəcədə reaksiya verəcəyi heç vaxt tam aydın olmur.
Seçilən
14
50
moderator.az

10Mənbələr