AZ

Bakıda həbsdə olan cinayətkar milyarder aclığı dayandırdı...

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ərazisində  kökü kəsilmiş separatçı-terrorçu erməni “hökuməti”nin keçmiş başçısı, o günlərdə “Putinin milyarder desantı” kimi tanınan xalqımıza və dövlətimizə qarşı bir sıra cinayətlərdə ittiham olunan Ruben Vardanyan Bakıda cinayət işi üzrə məhkəmə prosesi fonunda elan etdiyi aclıq aksiyasını dayandırıb.

Hafta.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı məlumata görə, o, bu barədə ailəsinə Bakıdakı həbsxanadan göndərdiyi audio-müraciətdə bildirib.

Vardanyanın aclıq aksiyası fevralın 19-dan 23 gün davam edib. O, bunu guya “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab və onun məhkəməsinin ədalətsizliyinə diqqəti cəlb etmək cəhdi" adlandırıb.

Seçilən
3
hafta.az

1Mənbələr