AZ

VIII Edvardın taxtdan imtina səbəbi

VIII

1936-cı ilin dekabrında Böyük Britaniya və dünya, monarxiya tarixində əsl şok yaşadı: VIII Edvard, bir illik taxtda qalmağından sonra, öz sevdiyi qadını seçərək tacdan imtina etdi. Bu hadisə, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda geniş müzakirələrə səbəb oldu.Edvard, V Georgenin böyük oğlu olaraq gənc yaşlarından monarxiya həyatına hazırlanmışdı. Lakin onun könlü sərt kral qaydalarına sığmırdı. O, səyahət etməyi, insanların arasında olmağı və həyatın lüks tərəflərini sevirdi. Lakin onu ən çox cəlb edən və həyatı dəyişdirən şəxs, amerikalı, iki dəfə boşanmış qadın Uollis Simpson oldu.1936-cı ilin yanvarında, V George vəfat etdikdən sonra Edvard taxta çıxdı. Lakin Uollis ilə evlənmək istəyi, ölkənin dini və ictimai quruluşu ilə ciddi qarşıdurmaya səbəb oldu. Britaniya Kilsəsi, hökumət və xalq, boşanmış bir qadınla və həm də amerikalı olan birisi ilə taxtı paylaşmaq ideyasını qəbul edə bilməzdi. Bu vəziyyət Edvardı çətin bir seçimin qarşısına qoydu: ya taxtını qoruyub kral olaraq qalmalı, ya da sevgi uğrunda taxtdan imtina etməli idi.VIIIBir müddət düşündükdən sonra, Edvard sevgi uğrunda qərar verdi. O, bir radio nitqində belə dedi: "Mən sevdiyim qadının dəstəyi olmadan padşahın vəzifələrini yerinə yetirməyi qeyri-mümkün hesab etdim."Bu açıqlama, böyük bir sensasiya yaratdı, çünki daha əvvəl heç bir Britaniya monarxı şəxsi səbəblərə görə taxtdan imtina etməmişdi.Taxtdan imtina etdikdən sonra Edvard Vindzor hersoqu titulunu aldı və həyatını Uollis ilə sürgündə keçirməyə başladı. Onlar 1937-ci ildə evləndilər, ancaq onların həyatı daima cəmiyyətin müxtəlif reaksiyalarına səbəb oldu. Bir çoxları onları monarxiyanın vətən xainləri olaraq qəbul etsələr də, digərləri isə onların şəxsi seçimlərini anlaya bildilər.VIII Eduardın taxtdan əl çəkməsi monarxiya tarixində dönüş nöqtəsi oldu. Onun kiçik qardaşı George VI taxta çıxdı və nəticədə İkinci Dünya Müharibəsi zamanı möhkəmlik simvoluna çevrildi.

Diqqət Çəkənlər

Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı

Prezident Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb

Trampın "Qəzzə planı" nələrə səbəb olacaq ?- Açıqlama

Seçilən
24
ulusum.az

1Mənbələr